Layihə haqqında
FotoBazar nədir?
FotoBazar.az (fotobazar.az) — foto texnika üçün xüsusi qurulmuş №1 pulsuz elan platformasıdır. Layihə CentralDev ekosisteminin bir hissəsi olaraq fəaliyyət göstərir.
Missiyamız
Foto texnika alıcı və satıcılarını rahat, etibarlı, sürətli bir platformada birləşdirmək. Foto həvəskarlarına və peşəkarlara dəstək olmaq, foto ekosistemi inkişaf etdirmək.
Niyə FotoBazar.az?
Tap.az, OLX kimi böyük platformalar ümumi elan saytlarıdır. Foto texnika üçün isə:
- Kamera, obyektiv, dron kimi texnikalar minlərlə fərqli elanın arasında itir
- Marka, model, vəziyyət üzrə dəqiq axtarış imkanı yoxdur
- Foto icması üçün xüsusi mühit — mağazalar, peşəkar satıcılar bir arada deyil
- Qiymət müqayisəsi və texnika seçimi çətinləşir
FotoBazar bu boşluğu doldurur — yalnız foto texnika və aksesuarlar üçün xüsusi platforma. Bütün Azərbaycan üzrə fəaliyyət göstərir.
Hüquqi status
FotoBazar fərdi sahibkar kimi qeydiyyatdadır və Azərbaycan Respublikasının "Sahibkarlıq fəaliyyəti haqqında" Qanununa uyğun fəaliyyət göstərir. Bütün əməliyyatlar yerli qanunvericilik çərçivəsində aparılır.
Texnologiya
- PHP 8.1 + MySQL 8 backend
- HTTPS + HSTS + CSRF qoruması
- bcrypt parol hash-i
- WhatsApp OTP doğrulama
- SSO inteqrasiyası (CentralPay)
- PWA (Progressive Web App) — telefonda app kimi yüklənə bilir
- İkidilli (AZ / RU)
info@fotobazar.az
+994 70 336 38 23
+994 70 336 38 23
https://fotobazar.az
Şəffaflıq
Hər istifadəçi öz hesabında baş verən bütün hərəkətləri (login, elan yerləşdirmə, parol dəyişikliyi, ödəniş) audit log-da görə bilir. Heç nə gizli aparılmır.