Zerf
Zerf
★★★★★ Бесплатно · Объявления Нахчывана
СКАЧАТЬ
FotoBazar.az
AZ RU
Войти Подать объявление
Hüquqi sənədlər
Yardım Layihə haqqında İstifadə qaydaları İstifadəçi razılaşması Məxfilik siyasəti Ümumi oferta müqaviləsi

Yardım mərkəzi

Sonuncu yeniləmə: 25.07.2026 AZ

FotoBazar.az platformasından sürətli və təhlükəsiz istifadə üçün ən çox verilən sualların cavabları.

1. FotoBazar nədir?

FotoBazar.az — Azərbaycanda foto texnika və aksesuar alqı-satqısı platformasıdır. Fotoaparat, obyektiv, dron, işıq avadanlığı, stativ, çanta və aksesuarlar üzrə elan yerləşdirə və ya tapa bilərsiniz.

2. Qeydiyyat necə olur?

  1. Sayt başlığında "Qeydiyyat" düyməsini basın
  2. Telefon nömrənizi daxil edin (məs. +994 50 123 45 67)
  3. "Qaydalarla razıyam" işarələyin və "Kod göndər" basın
  4. WhatsApp-a gələn 6 rəqəmli kodu yazın
  5. Avtomatik daxil olunursunuz — elan yerləşdirməyə hazırsınız

Qeydiyyat pulsuzdur və 30 saniyə çəkir. Parol və email istənilmir.

3. Elan necə yerləşdirilir?

  1. "Elan yerləşdir" düyməsini basın
  2. Kateqoriya və region seçin
  3. Başlıq və açıqlama yazın (ən az 8 və 30 simvol)
  4. Qiymət göstərin (istəyə görə)
  5. 1-10 şəkil yükləyin
  6. Telefon nömrəsini daxil edin
  7. "Yerləşdir" basın

Yeni elanlar admin tərəfindən moderasiyadan keçirilir və adətən bir neçə saata təsdiqlənir.

4. Niyə mənim elanım hələ görünmür?

Yeni elanlar admin moderasiyasına göndərilir. Aşağıdakı səbəblərə görə təxir oluna bilər:

  • Qeyri-iş saatları (gecə, həftəsonu)
  • Qeydiyyatın yeni olması (admin daha diqqətli yoxlayır)
  • Şəkil və ya təsvir aydın deyil

Adətən 2-6 saat ərzində təsdiq olunur. 24 saatdan çox keçibsə dəstəklə əlaqə saxlayın.

5. Elanı necə təkrar yuxarı çəkə bilərəm?

Elan səhifəsində "İrəli çək / VIP / Premium" düyməsi var. Variantlar:

TarifMüddətÜstünlük
Yenilə (bump)5–7 günTarixini yeniləyir, yuxarı qalxır
VIP3–30 günSarı çərçivə, kateqoriyada üst sıralarda
Premium7–30 günAna səhifədə xüsusi blokda, ən geniş görünüş

6. Telefon nömrəm görünməsin necə edim?

Elan yerləşdirərkən "Telefon nömrəm açıq görünsün" checkbox-ı söndürün. Bu halda alıcılar yalnız "Mesaj yaz" düyməsi ilə əlaqə saxlaya bilərlər.

7. Elan satıldı, nə edim?

Mənim elanlarım → silmə düyməsinə basın → "Məhsul satıldı" seçin. Bu, statistikaya kömək edir və elan deaktiv edilir (silinmir — istənilən vaxt yenidən aktivləşdirə bilərsiniz).

8. Mağaza necə yaradım?

Profil → Mağaza → "Mağaza yarat" — bu hazırda tamamilə pulsuzdur (tanıtım kampaniyası). Mağaza sahibləri:

  • Limitsiz elan yerləşdirə bilər
  • "Doğrulanmış" nişanı alır
  • Brend səhifəsi (cover, loqo, ünvan, xəritə) var
  • Müştərilərin etibarı daha yüksək

9. Şikayət necə edim?

Hər elan səhifəsində aşağıda "Bu elanı şikayət et" linki var. Saxta elan, fırıldaq, qadağan olunmuş məhsul barədə şikayət edə bilərsiniz. Admin 24 saat ərzində yoxlayır.

10. Azərbaycanda yaşayıram, Bakıdan göndərmə tapıb gətirmək olar?

Bəli! Sayta xüsusi "Naxçıvana göndərilir" nişanı əlavə etdik. Bu nişanlı elanlar — Bakı və digər regionlardan Naxçıvana çatdırılma təklif edən satıcılardır. Axtarışda filtr ilə yalnız belə elanları görə bilərsiniz.

11. Sual cavabsız qaldı?

📞 Dəstək xidməti
support@fotobazar.az
+994 51 277 45 50
B.e–Cm: 09:00–19:00 (UTC+4)
WhatsApp dəstəyi: 7/7

FotoBazar.az

Площадка объявлений №1 в Нахчыване.

Меню

Подать объявление Поиск Магазины Избранное

О нас

Помощь О проекте Правила Соглашение Политика конфиденциальности Публичная оферта Контакты Sitemap

Контакты

Support@FotoBazar.az +994 51 277 45 50 Baku, Azərbaycan
© 2026 FotoBazar.az — Все права защищены. Разработано CentralDev.az
Главная Поиск Сообщения Профиль